Xorvatiya - Azərbaycan oyununun hakimləri açıqlandı

AÇ-2020-nin seçmə mərhələsində keçiriləcək Xorvatiya - Azərbaycan oyunun hakimləri müəyyənləşib. 
 
Newsport.az UEFA-nın saytına istinadən xəbər verir ki, matçı bolqarıstanlı hakimlər briqadası idarə edəcək.
 
Baş hakim Georgi Kabakov olacaq.  Ona yan xətdə Martin Marqaritov və Divan Valkov kömək edəcəklər. Oyunun 4-cü hakimi funksiyasını isə Nikola Popov yerinə yetirəcək.
 
Xatırladaq ki, martın 21-də Zaqrebdəki "Maksimir" stadionunda keçiriləcək Xorvatiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right