“Sumqayıt” Futbol Klubunun nəzdində futzal məktəbi fəaliyyətə başlayır. Newsport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu məqsədlə seleksiya xarakterli məşqlərə start veriləcək.

Seçimlər hər həftənin 1-ci və 4-cü günləri Sumqayıt Olimpiya İdman Kompleksində keçiriləcək. Məşqlərdə 8-14 yaş arası futzalçılar iştirak edə biləcəklər. “Sumqayıt” futzal məktəbinə Baba Əsgərov rəhbərlik edəcək.

Qeyd edək ki, bu, Azərbaycan Premyer Liqasında çıxış edən klubların nəzdində fəaliyyət göstərəcək ilk futzal məktəbidi. Futzal məktəbinin rəsmi açılış mərasimi haqqında məlumat veriləcək.