"Bunu Azərbaycanla matçda da görmək istəyirəm" - Zlatko Daliç

"Rusiyadakı dünya çempionatında hamımız sevindik. Mundialda ikinci yeri tutduq, ancaq bundan aşağı nəticə ilə artıq razlaşa bilmərik".

Newsport.az saytının məlumatına görə, bunu Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç deyib.

Son dünya ikincisi AVRO-2020-nin seçmə mərhələsində ilk oyununu martın 21-də Azərbaycan millisinə qarşı keçirəcək. 53 yaşlı mütəxəssis yerli mətbuata müsahibəsində heyətdəki problemlərə toxunub. Lakin o, gənc nəslin yetişdiyini də vurğulayıb: "Tələblərimizə uyğun nəsil yetişməsini istəyirik. Təbii ki, bu yol asan olmayacaq. Yeni heyətin formalaşması üçün zaman lazımdı. Amma AVRO-2020-nin seçmə mərhələsi cəmi 7 ay çəkəcək və çox vaxtımız olmayacaq. Gənc futbolçularımız artıq klublarında müntəzəm oynamağa başlayıblar. Çaleta-Çar və Yedvayı buna misal göstərə bilərəm. Müdafiədəki bəzi problemlərin fonunda Barişiç və Leovatsın formada olması da məni sevindirir".

Daliç yığmamızla qarşılaşma üçün yerli azarkeşlərə də müraciət edib: "Dünya çempionatından sonra ölkəmizdə futbol bayramı davam etdi. Millətlər Liqasında uğurlu çıxış etməsək də, Zaqreb "Dinamo"su avrokuboklarda azarkeşləri sevindirdi. Eyni atmosferi Azərbaycanla oyunda "Maksimir" stadionunda görmək istəyirəm. Bu səbəbdən fanatlarımızı matça, bizi dəstəkləməyə çağırıram".

Çalışdırıcı sonda yer aldıqları qrupu da dəyərləndirib: "Uels, Macarıstan və Slovakiya son Avropa çempionatının iştirakçılarıdı. Uels hətta yarımfinala qədər irəliləmişdi. Belə rəqiblərlə qarşılaşmalarda azarkeşlərin dəstəyi futbolçularımız üçün çox önəmli olacaq. Turnirin formatı heyətdə rotasiyalara yer olmadığını göstərir. Biz seçmə mərhələyə qrupun favoriti kimi başlayırıq. Bundan qaçmaq olmaz. Oyunlar zamanı kəskin və təhlükəli çıxışımızı davam etdirməliyik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right