Litva yığmasında dəyişiklik

Azərbaycan millisi ilə yoldaşlıq görüşü keçirəcək Litva yığmasının heyətində dəyişiklik olub. Newsport.az saytının yerli mətbuata istinadən məlumatına görə, müdafiəçi Valdemar Borovski sıradan çıxıb.

Sağ cinah oyunçusu klubu "Riteriai"nin heyətində “Jalgiris”lə matçda (1:1) zədələnib. Nəticədə yığmanın baş məşqçisi Valdas Urbonas onu "23-lük"dən çıxarmalı olub. Çalışdırıcı Borovskinin yerinə “Kauno Jalgiris”li Egidius Vaytkunasa dəvət göndərib.

Qeyd edək ki, martın 22-də AVRO-2020-nin seçmə mərhələsində Lüksemburqla qarşılaşacaq Litva bundan 3 gün sonra "Bakcell Arena"da yığmamızın qonağı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right