"Ən pis dövr Azərbaycana getməyim idi"

"Hazırda məşqlərimi edirəm, karyeramı hələ bitirməmişəm. Jurnalistikanı bitirdiyim üçün şərhçi kimi də işləyə bilərəm". Newsport.az saytının məlumatına görə, bunu "Xəzər Lənkəran"ın sabiq qapıçısı Toni Doblas deyib.
 
Karyerası ərzində ilk olaraq məhz Azərbaycan klubunda legioner həyatı yaşayan 39 yaşlı qolkiper daha sonra İtaliya, Finlandiya, Hindistan və Filippin kimi ölkələrdə çıxış edib. Bu ilin əvvəlində "Seres-Neqros"dan ayrıldıqdan sonra klubsuz qalan Doblas hələ də karyerasını davam etdirmək niyyətindədi.
 
O, İspaniya mətbuatına müsahibəsində çıxış etdiyi ölkələr barədə də danışıb: "Ən pis dövr kimi Azərbaycana getməyimi seçərdim. Çünki ondan sonrakı dönəm daha yaxşı alındı. Ordan ayrıldıqdan sonra "Napoli"də təcrübə toplamaq imkanı qazandım. İtaliya klubuna gedəndə özümü yenidən yüksək səviyyəli futbolçu kimi hiss etməyə başladım. Çünki əla futbolçuların əhatəsinə və möhtəşəm məşqçi Rafael Benitesin rəhbərliyi altına düşdüm. Hindistanda ulduz futbolçularla bir yerdə olurdum. Məşqlərimizi keçirdik, amerikan şirkəti isə şou təşkil edirdi. Açığı, son klubumun Filippin təmsilçisi olacağını gözləmirdim. Ümumiyyətlə, ağlıma belə gəlməyən bir çox yerlərdə oldum".
Qeyd edək ki, 2013-cü ilin yanvarında "Saraqosa"dan "Xəzər Lənkəran"a keçən Toni Doblas Azərbaycan klubunda cəmi 6 ay qalıb.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right