“Qarabağ” Aqolli ilə belə vidalaşdı FOTO

“Qarabağ” 9 ildir komandanın şərəfini qoruyan albaniyalı futbolçusu Ansi Aqolli ilə yolları ayırıb.

Newsport.az-ın məlumatına görə, Ağdam klubu bu gün “Səbail”ə qarşı keçirdikləri oyundan öncə onunla rəsmən vidalaşıb. 

Matçdan əvvəl Aqollinin vida mərasimi təşkil edilib. “Qarabağ”ın kapitanı üzərində 317 (Aqollinin “Qarabağ”da keçirdiyi oyunların sayı” yazılmış formanı alban müdafiəçiyə təqdim edib.

Qeyd edək ki, Ansi Aqolli ABŞ-ın “Nyu-York Kosmos” klubuna keçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right