"Sönük oyun göstərmədik" - Tərlan Əhmədov

"Komandamın mübarizəsindən razı qaldım. Düzdür, səhvlər var. Amma məhz bu səhvlərin qurbanına çevrildik. Mübarizə, istək var idi. Bura 3 xal üçün gəlmişdik. İtkilərimiz var idi. David Kərimidən razı qaldım. Sərtan da zədəlidir. Ümumilikdə əvvəlki oyunlarla müqayisədə irəliləyiş var".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 21-ci turunda "Zirə"yə 0:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.

 

- Penaltini qaytardıqdan sonra oyununuzda canlanma hiss olundu. Amma tempi davam etdirə bilmədiniz.

- Komanda 90 dəqiqə mübarizə aparırsa, dayanmırsa, deməli, gücsüzlükdən söhbət gedə bilmir. Buraxılan iki qol həlledici oldu. Bilirdik ki, rəqib əks-hücuma yaxşı çıxır. İrəlidə 5 əcnəbi oyunçuları var. Onların qarşısı alınmalı idi. Amma sönük oyun göstərmədik. Baxımlı oyun var idi. Biz də qalib gələ bilərdik, qol epizodlarımız oldu. Qarşıya ümidlə baxırıq.

- Turnir cədvəlində komandalar bir-birinə yaxındır. Bu amil təzyiq yaradır?

- Sonuncu yerlərdə olan komandalarda təzyiq həmişə çox olur. Eyni zamanda çempionluğa oynayan klubda. Bu da təbii haldır. Nə qədər təzyiq çox olsa, daha möhkəm olmalıyıq. Bu, bizə əlavə stimul olmalıdır. Səhvlərimizin üzərində çalışıb, daha yaxşı nəticələr göstərməyə çalışacağıq.

- AFFA-da bildirdilər ki, Kamran Ağayevin yığmaya çağırılmaması zədə ilə bağlı deyil. Necə düşünürsüz, Kamran yığmaya layiq deyil?

- Bu sualın mənə aidiyyəti yoxdur. Yeni baş məşqçi var və onun öz baxış tərzi mövcuddur. Seçim onundur. Biz də hörmətlə yanaşmalıyıq.

qol.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right