"Onunla söhbətimiz olacaq" - Elşad Əhmədov

“Maraqlı oyun keçdi. Qırmızı vərəqəyə qədər qol şanslarımız oldu, qapımızda qol gördük. Futbolçularımız ikinci hissədə xarakter göstərdilər”.

Newsport.az-ın məlumatına görə, bu sözləri "Sabah"ın baş məşqçisi Elşad Əhmədov Azərbaycan Premyer Liqasının 21-ci turunda evdə "Sumqayıt"la 1:1 hesablı heç-heçədən sonra söyləyib.

49 yaşlı mütəxəssis bildirib ki, matçın 28-ci dəqiqəsində Marko Deviçin ikinci sarı vərəqədən sonra meydandan qovulması planlarını pozub: "Oyunun əvvəlində heç-heçəyə razı olmazdıq. Amma indi bir xal qazandığımızı düşünürəm. Artıq 4-cü matçdır azlıqda qalırıq. Futbolçulara deyirəm ki, meydana elə 10 nəfərlə çıxaq, maraqlı olsun. Bu gün futbolçularımızda istək çox idi. Deviç də ola bilsin ki, bu istəyə görə qırmızı vərəqə aldı. Buna rəğmən, onunla söhbətimiz olacaq". 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right