"Ansi Aqolli əsl “Qarabağ”lıdır" - Qurban Qurbanov

“Vacib üç xal qazandıq. Oyunun sonuna kimi döyüşdük. Aftandil  Hacıyevi təbrik edirəm. komandası çox yaxşı oynayır. Bu gün bizə də çətinlik yaratdılar. Onlara uğurlar arzulayıram. Azekeşlərimiz bu gün möhtəşəm idi”.

Newsport.az-ın məlumatına görə, bu sözləri “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XXI turunda səfərdə keçirilən “Səbail” matçından sonra deyib. Qurbanov daha sonra Bədavinin və digər oyunçuların meydanda etdikləri səhvlərdən danışıb:

“Səhvsiz oynamaq mümkün deyil. Rəqibi də nəzərə  almaq lazımdır. Onlar bizi səhv etməyə məcbur edirlər. “Səbail”in oyunu daha çox bunun üzərəni qurulub. Bu gün onlar daha diqqətli oynayırdılar. Artıq elə bir haldır ki, səni rəqiblər siz səhv etməyə məcbur edir. Bədavi çox da pis oynamadı. Ümumən oyunçulardan razı qaldım.

Ansin ayrılması elə bil futbolçudur ki, onu hər kəs çox sevir. Ona hər kəsin simpatiyası var. O, ən yaxşısına layiq idi. Onun ailəsi Amerikada yaşayır. Bu şansdan istifadə etmək istədi. O, 8 ildir bizmlədir. Bəlkə də indiyə kimi 4 -5 oyunda oynamayıb. O buna layiqdir. Onun getməsi bizə pis təsri etsə də , hər şeyon onun ürəyincə olsun. Ansi “Qarabağ”lıdır, ona bundan sonrakı həyatında uğurlar arzulayırram”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right