Premyer Liqa hakimi çimərlik futboluna təyinat aldı

Çimərlik futbolu üzrə FİFA referisi İnqilab Məmmədov beynəlxalq təyinat alıb. Newsport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, o, mayın 9-dan 12-dək final mərhələsi bu il ABŞ-ın San Dieqo şəhərində keçiriləcək dünya oyunlarının Avropa zonası üzrə seçmə mərhələsinin görüşlərini idarə edəcək.

Bu mərhələnin oyunları İspaniyanın Salou şəhərində keçiriləcək.

Qeyd edək ki, İnqilab Məmmədov eyni zamanda Topaz Premyer Premyer Liqasının oyunlarına təyinat alır.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah