"Ciddiliyi itirməsək, problem yaşamarıq" - Zlatko Daliç

"Azərbaycanla oyunda azarkeşlərin dəstəyi çox önəmli olacaq".

Newsport.az saytı xəbər verir ki, bunu Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç deyib.

Dünya çempionatının gümüş mükafatçısı AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində ilk iki oyununu Azərbaycan və Macarıstana qarşı keçirəcək. Yerli mətbuata qısa açıqlama verən Daliç oyunçularına güvəndiyini bildirib.

Çalışdırıcı olan ciddi itkilərə baxmayaraq, hədəflərinin qələbə ilə başlamaq olduğunu vurğulayıb: "Düzdü, bir çox problemlərimiz var. Ancaq yenə də Azərbaycan və Macarıstanla oyunlarda hər şey özümüzdən asılı olacaq. Əhval-ruhiyyəmiz və göstərəcəyimiz oyun nəticəni ortaya çıxaracaq. Biz daha güclüyük və əgər ciddiliyimizi itirməsək, hər hansı bir problem yaşamarıq. Azərbaycanla oyunda tribunalar bizimlə olacaq. Hədəfə çatana qədər konsentrasiyanı itirmək olmaz. Səbrlə hücum edəcəyik".

Qeyd edək ki, martın 21-də Zaqrebdə millimizi qəbul edəcək xorvatlar bundan 3 gün sonra Budapeştdə Macarıstanın qonağı olacaq.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah