U-21-in heyəti açıqlandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı olacaq. Newsport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, gənclər millimiz martın 16-dan 26-dək Bakıda hazırlaşacaq.

Toplanış zamanı baş məşqçi Milan Obradoviç martın 23-də "Səbail", 3 gün sonra isə MOİK-lə yoxlama görüşündə yetirmələrini sınayacaq. Hər iki görüş Bakı Olimpiya Stadionunun məşq meydanında keçiriləcək və saat 15:00-da başlayacaq.

Obradoviç hazırlıq prosesinə 24 futbolçu dəvət edib: Kamran İbrahimov ("Neftçi"), Şahin Zəkiyev, Murad Qayalı, Nurlan Quliyev ("Keşlə"), Murad Popov, Amin Seydiyev, Rövlan Muradov ("Qəbələ"), Turan Manafov ("Zaqatala"), Ricat Qarayev, Baxşəli Baxşaliyev, Süleyman Əhmədov ("Sumqayıt"), Hüseyin Seyliğli, Mətin Gülər ("Beşiktaş", Türkiyə), Faiq Hacıyev, Abbas Ağazadə, Əli Sadıxov (MOİK), Nihad Tamazov, Hacıağa Hacılı, İsmayıl İbrahimli, Nicat Süleymanov ("Qarabağ"), Ziya Əzizov ("Neymegen", Hollandiya), Tural Bayramlı ("Dauqavpils", Latviya), Ərziman Rizvanov ("Bohemians 1905", Çexiya), Fərid Nəbiyev ("Slaviya", Çexiya).





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah