Azərbaycan millisini seçən Əli Babayev: "İsrail sonsuza qədər qəlbimdə qalacaq"

Ötən yay İsrailin "Hapoel Raanana" klubundan "Sumqayıt"a keçən israilli futbolçu Əli Babayevə mövsümün gedişində Azərbaycan pasportu verildi. 28 yaşlı futbolçu milli komandamızın AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya və Litva ilə keçiriləcək yoldaşlıq oyunu üçün yığmaya dəvət alıb. Əlinin milli komandamızda oynamaq təklifini qəbul etməsi İsrail mətbuatında geniş müzakirə olunur.

 

Newsport.az one.co.il saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi millimizi seçməyinin səbəblərini açıqlayıb:

 

"Bir neçə ay davam edən çox çətin və uzun sürən görüşlərdən sonra Azərbaycan milli komandasında oynamaq üçün hazır olduğuma qərar verdim.

 

İsrail sonsuza qədər qəlbimdə qalacaq, ancaq rədd edilməsi çətin olan təklif idi. Uğur qazanmağım üçün çox çalışıram. Uşaqlıq xəyalını gerçəkləşdirməyin və bir yığma üçün oynamaq zamanının gəldiyini hiss edirəm.

 

Azərbaycanı çox sevirəm. Burada olmağım və oynamağım çox əyləncəlidir. İnsanlar çox isti münasibət göstərir. Verilmiş fürsətdən çox məmnunam.

 

Mövsümün əvvəlində "Sumqayıt"a keçdim. Nənəmlə babam Azərbaycanda yaşayıb, böyüyüblər. Onlar olmasaydı, əsla bura gəlməzdim.

 

Ailəmə və mənə dəstək olanlara təşəkkür edirəm. İşləri ən düzgün şəkildə nizamlayan agentim Effi Soferə də minnətdaram. Oynadığım "Sumqayıt" klubunun rəhbərləri Riad Rəfiyev və Zamiq Hüseynov olmasaydı, Azərbaycana heç vaxt gəlməzdim. İş üçün vaxt belə gəldi".

 

Futbolçunun agenti Effi Sofer də Babayevin yığma komandaya dəvət almasından danışıb: "Əli üçün çox sevinirəm. Ailədən uzaqdır, ancaq möhtəşəm mövsüm keçirir. Bu da Azərbaycan Futbol Federasiyasının və baş məşqçi Nikola Yurçeviçin diqqətini çəkdi".





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah