Mirbağır İsayev: “Hər kəs üçün ən böyük hədiyyə ona verilən dəyərdi”

Bu gün “Neftçi”nin veteran futbolçusu, klubun U-16 komandasının baş məşqçisi Mirbağır İsayevin 45 yaşı tamam olur. 

Newsport.az xəbər verir ki, 1974-cü ildə dünyaya gəlmiş sabiq yarımmüdafiəçi 1993-1995-ci illər ərzində "Neftçi”nin heyətində 58 oyun keçirib, 1995-ci ildə Azərbaycan kubokunun və Superkubokunun qalibi olub. Klubun rəsmi saytı "Neftçi” ailəsi adından veteran futbolçumuzu təbrik edib:

- Mirbağır müəllim, bu anadək ən yaddaqalan doğum gününüz hansı olub?
- 5 il bundan öncə mən U-17 milli komandasının baş məşqçisi olanda doğum günümü birlikdə bazada qeyd etdik. Həmin vaxt Avropa çempionatının seçmə mərhələsinin elit-raunduna hazırlaşırdıq.

- Ən böyük hədiyyə?
- Ən böyük hədiyyə elə o idi. Ümumiyyətlə, fikrimcə, hər kəs üçün ən böyük hədiyyə ona verilən dəyərdir, onun iş başında olmasıdır.

- Bu günü necə qeyd edəcəksiz?
"Dalğa Arena”da məşqimiz olacaq, sonra evə gedəcəm. Bu günü doğmalarımla keçirəcəm.

- Bu bir ənənədir?
- Xeyr, məndə doğum gününə aid heç bir ənənə yoxdur. Yaşın üstünə yaş gəlir, vəssalam.

- Bir daha təbrik edirik, Mirbağır müəllim!
- Çox sağ olun ki, məni unutmamısız. Bütün "Neftçi” klubuna minnətdaram.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah