Yunanlar Əliyar Ağayevdən narazıdır

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Yunanıstan Super Liqasında XXIV turun PAOK - "Atromitos" matçını idarə edib.

Newsport.az-ın məlumatına görə, Saloniki şəhərindəki "Tumba" stadionunda keçirilmiş görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. 32 yaşlı baş hakim qarşılaşma ərzində meydan sahiblərinin lehinə 2 penalti təyin edib, qonaqların isə 1 futbolçusunu ikinci sarı vərəqə ilə meydandan qovub. PAOK 16-cı dəqiqəyə təsadüf edən ilk penaltidən yararlana bilmədiyi halda, 45+3-cü dəqiqədə şansını qaçırmayıb.

Ağayev daha 4 futbolçuya sarı vərəqə göstərib. Meydan sahiblərindən ötən mövsüm icarə əsasında "Qarabağ"da çıxış etmiş Pedro Enrike xəbərdarlıq alıb. Qalan "sarı"lar isə qonaqlara göstərilib.

74-cü dəqiqədə azərbaycanlı referinin "Atromitos" lehinə penalti təyin etməməsi isə narazılıq doğurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right