“Sona qədər mübarizə aparacağıq” – Səlahət Ağayev

“Gördüyünüz kimi oyun çox çətin keçdi. Rəqibin üstünlüyü olmasa da, qol vurdular. Bundan sonra onlara daha da inam gəldi. Buna baxmayaraq, ikinci hissədə istədiyimizi əldə etdik. Şükürlər olsun ki, 3 xal qazandıq".

Newsport.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin qapıçısı Səlahət Ağayev Premyer Liqanın 20-ci turunda səfərdə “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib. Qarşılaşma ilə bağlı fikirlərini açıqlayan qolkiper buraxdığı qol haqda da danışıb:
“Futbolda belə şeylər olur. Küləyin də təsiri oldu. Mbodj mənə pas vermək istəyirdi, top dayandı. Səhvi də, düzü də bütün komanda edir. Əsas odur ki, qalib gəldik”.

Bu qələbə sayəsində xallarının sayını 44-ə çatdıran “Neftçi” vahid lider olub. Ancaq Ağayev ən yaxın izləyiciləri “Qarabağ”ı 2 xal qabaqlamalarına baxmayaraq, çempionluqdan danışmağın tez olduğunu söyləyib: “İndidən çempionluq haqda düşünmək çox tezdir. Qarşıda hələ 8 tur var. Bundan sonra hər bir matça final kimi baxxmalıyıq. Sona qədər mübarizə aparacağıq”.

Səlahət “Milli komandamızın yeni baş məşqçisi Nikola Yurçeviçdən dəvət gözləyirsinizmi” sualına isə belə cavab verib: “Milli komandada hər bir futbolçu oynamaq istəyər. Baş məşqçi yeni gəlib. Dəvət göndərsə də, göndərməsə də, sağ olsun. Onun istənilən qərarına hörmətlə yanaşıram”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right