Roberto Bordin: "Aralarında anlaşılmazlıq baş verdi"

"Neftçi”nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində səfərdə "Sumqayıt”a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında fikirlərini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, italiyalı mütəxəssis oyunundan tam razı qaldığını bildirib:

"Komandamın oyunundan tam razı qalıdm. İlk dəqiqələrdən sonadək mübaizə apardılar, əzmkarlıq göstərdilər. Bu cür futbolçularımın olduğuna görə fəxr edirəm. Onları qələbə münasibətilə təbrik edirəm. Buraxdığımız qolda Mamadu Mbodjla Səlahət Ağayev arasında anlaşılmazlıq baş verdi. Bu hər bir futbolçunun başına gələ bilər. Buna baxmayaraq, Mbodj özünü toparladı və lazımi anda vacib qol vurdu. Bu qol komandaya qələbə qazanması üçün motivasiya verdi. Deməzdim ki, turnir cədvlənin ilk pilləsində qərarlaşmağımız növbəti oyunlara hazırlaşmaqda bizə psixoloji təzyiq göstərə bilər. Bu gün qələbəni qeyd edəcəyik, sabahdan isə növbəti oyuna hazırlaşacağıq. Vaxt çox azdır, amma komandanı növbəti matçadək komplektləşdirməyə çalışacağıq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right