Sənan Qurbanov: "Adi epizodda sarı vərəqə verdi"

Azərbaycan Premyer Liqasının XX turunun “Qəbələ” – “Səbail” oyunundan (2:1) sonra “qırmızı-qaralar”ın çalışdırıcısı Sənan Qurbanovun mətbuat konfransı keçirilib.

Newsport.az-ın məlumatına görə, 39 yaşlı mütəxəssis öncə qələbəni şərh edib:

“Bizim üçün ağır oyun oldu. “Səbail” hazırda yaxşı formadadır, əhval-ruhiyyələri də yüksəkdir. Çətin matç olacağını bilirdik. Çox ciddi hazırlaşmış, qələbəyə köklənmişdik. Bu qarşılaşmada çox vacib qələbə qazandıq".

Sənan Qurbanov baş hakim İnqilab Məmmədovun Bəhlul Mustafazadəyə ikinci sarı vərəqə verdiyi epizodla bağlı danışıb:

"Matçın sonlarında azlıqda qaldığımız vaxt bir az çətinliklə üzləşdik. Hakimlərin bu qərarına çox təəssüflənirəm. Adi mübarizə epizodunda gənc futbolçuya ikinci sarı vərəqə göstərdilər. Ölkəmizdə mərkəz müdafiəçisinin az olduğu vaxtda Bəhlul Mustafazadəni milli komandaya namizəd görürəm. O, artıq formasını bərpa etməkdədir. Həm gənc, həm də təcrübəli hakimlər bir az diqqətli olmalıdır. Daha çox qələbəyə köklənmişdik. Xal itirmək istəmirdik. Buna görə bir az gərginlik var idi. Oyundan razı qaldım”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right