Kamal Bayramov: "Mükafatın oyunuma təsiri yoxdur"

Azərbaycan Premyer Liqasının 20-ci turunda "Zirə" səfərdə "Qarabağ"la 0:0 hesablı heç-heçə edib.

Newsport.az-ın məlumatına görə, oyundan sonra "Zirə"nin qapıçısı və kapitanı Kamal Bayramov jurnalistlərə müsahibə verib.

- Həqiqətən də oyuna çox ciddi hazırlaşmışdıq. 3-4 gün öncə mətbuata açıqlamamda demişdim ki, bu oyuna revanş üçün çıxırıq. Komanda oyuna qələbə üçün köklənmişdi. Bizə qalib gəlmək sərf edirdi. Qol imkanlarımız da oldu, ancaq dəyərləndirə bilmədik. Buna baxmayaraq, səfərdən “Qarabağ”dan 1 xal almaq pis nəticə deyil. Səmimi deyirəm ki, bura qələbə üçün gəlmişdik.

- Bu gün ən yaxşı oyunlarınızdan birini keçirdiniz. Bu nə ilə əlaqəli idi: mükafata və ya milliyə görə, yoxsa revanş hissi?

- Mükafatla millinin oyunuma təsiri yoxdur. Oyundan-oyuna inkişaf etmək istəyirik. Çoxdan idi ki, oynamırdım. Hər oyun inkişaf etməyim üçün yaxşıdır. Keçmiş oyundakı səhvləri düzəltməyə və növbəti qarşılaşmalarda daha da yaxşı çıxış etməyə çalışıram. Xüsusi motivasiya ehtiyac yoxdur. “Qarabağ”ın adı elə motivasiyadır.

- Avropa Liqasına iddianız davam edir?

- Çalışdığımız budur. Avropa Liqasına düşmək istəyirik. Məqsədimiz də budur. Bunu da zaman göstərəcək. Komanda 5 oyundur uduzmur. Gözəl seriyadır. Maksmimum şəkildə xallar qazanmağa çalışacağıq.

- Potensialınız buna imkan verir?

- Komandamız inkişafdadır. Potensial buna imkan verir. Biz bunu bacara bilərik. Xallar çox məsafə açmayıb. Ora düşmək üçün imkan var.

- “Səbail”ə “Qəbələ” ilə oyunda uğurlar arzulamaq istəyirsiniz?

- Kim güclüdürsə, o da qalib gəlsin. 

- Beş oyundur uduzmursunuz. Buna baxmayaraq, son pillərdən çıxa bilmirsiniz.

- Mövsümün ilk yarısı ilə bugünkü oyunumuzda böyük fərq var. Üçüncü dövrədə komandalar heyətlərini gücləndirdi. Heç kim yerində saymadı. Pis nəticə deyil, 5 oyundur uduzmuruq. Sadəcə, qələbə qazanmalıyıq. Növbəti oyunlarda buna nail olarıq. Digər komandalara fikir vermirik. Öz oyunumuza diqqət yetiririk. Udmuruqsa, uduzmayaq.

- Komanda bu gün əks-hücumlarda effektli deyildi. Hücumda probleminiz var?

- Xeyr, hücum xəttində problem yoxdur. Elə bir problem görmürəm. “Qarabağ” oturuşmuş heyətə malik olan komandadır. “Qarabağ” sıradan komanda deyil ki, istədiyin vaxt əks-hücumda yaxalayasan və ya topa tutasan. Belə bir şeydir. Rəqib “Qarabağ” idi. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right