Samir Abasov: "Ən yaxşılardan biri yox, ən yaxşısı olacağıq"

Azərbaycan Premyer Liqasında XX turun “Qarabağ” – “Zirə” oyunundan (0:0) oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Samir Abasov fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, 41 yaşlı mütəxəssis 1 xal qazanmalarının yaxşı nəticə olduğunu deyib:

"Əsas odu ki, uduzmadıq. Demək istəmirəm ki, 1 xal üçün gəlmişdik. Ancaq belə komandalara uduzmamaq böyük motivasiyadı digər oyunlara hazırlaşmaq üçün. Bu gün individual olaraq futbolçularımızın rəqibə qarşı necə mübarizə aparması önəmli idi. Birinci hissədə super idi hər şey. Fasilədən sonra özümüz istəmədən müdafiədən oynamalı olduq. Əks-hücumlarda bir neçə imkanımız oldu. Üzülmürük, yaxşı nəticədi. İnanıram ki, ən yaxşılardan yox, ən yaxşısı olacağıq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right