Elşad Əhmədov: "Hiss olunurdu ki, uşaqlar əziyyət çəkir"

“Sabah”ın baş məşqçisi Elşad Əhmədov Topaz Premyer Liqasının 20-ci turunda “Keşlə”yə 0:3 hesabı ilə uduzduqları oyunundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, 48 yaşlı mütəxəssis məğlubiyyəti şərh edib:

- Oyuna pis başlamadıq. Hücumda problemlərimiz var, qol imkanlarından istifadə edə bilmirik. Qapımız qarşısında isə ilk təhlükə qolla nəticələndi. Fasilədə futbolçuları ruhlandırmağa çalışdıq, ama ikinci hissədə yenə müdafiədə səhvə yol verdi. 2-ci qoldan sonra uşaqlar həvəsdən düşdü.

- Meydanın durumu sizin oyununuza necə təsir etdi?

- Təbii örtüyə öyrəşmişik. Hiss olunurdu ki, uşaqlar əziyyət çəkir. Buna baxmayaraq, daha yaxşı çıxış etmək olardı.

- Sanki futbolçuların fiziki gücü tükənmişdi...

- Deməzdim. Psixoloji düşkünlük görünürdü daha çox.

- Ardıcıl iki matçda böyük hesabla uduzduz. Müdafiəçilərin və qapıçının çıxışı haqda nə düşünürsüz?

- Saşa Stamenkoviçin komandaya çox xeyri olub. Bu gün səhvləri oldu. Belə hadisələr normaldı. O, bizim üçün lazımlıdı. Müdafiədə problemlərimiz var. Bunları araşdırırıq və aradan qaldırmağa çalışırıq.

- Ardıcıl məğlubiyyətlər psixoloji olaraq pis təsir edə bilər. Düşünmürsüz ki, futbolçulara yeni yanaşma lazımdı?

- Lazımdı. Psixoloji durum aşağı səviyyədə olacaq. Çalışmalıyıq ki, bunu aradan qaldıraq.

- “Qarabağ”la heç-heçədən sonra arxayınlıq yaranmayıb ki?

- Keçən oyunda ola bilər ki, hiss edilirdi. Ancaq bu gün belə şey yox idi.

- Təmkin Xəlilzadənin start heyətində yer almaması nə ilə bağlı idi?

- 2 gündü məşq edir. Keçən matçda qızdırma ilə oynamışdı. Bu gün də göründü ki, tam gücü yoxdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right