“Qarabağ”ın futbolçusu gələn həftə Amerika klubu ilə müqavilə imzalayır

Albaniya milli komandasının üzvü Ansi Aqolli “Qarabağ”dan ayrılmaq üzrədir.

Newsport.az-ın məlumatına görə, 36 yaşlı sol cinah müdafiəçisi karyerasını Amerikada davam etdirəcək.

Futbolçu Şimali Futbol Liqasında mübarizə aparan “Nyu-York Kosmos” klubu ilə danışıqlarını yekunlaşdırıb. Ansi gələn həftə Nyu-York təmsilçisi ilə müqavilə imzalayacaq.

36 yaşlı futbolçunun Ağdam təmsilçisi ilə müqaviləsi mövsümün sonuna qədər olsa da, tərəflər arasında qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriləcək. Ansi ABŞ klubuna azad agent kimi transfer olunacaq.

Qeyd edək ki, Ansi Aqolli 2011-ci ildən “Qarabağ”ın uğurları üçün çalışır.

Futbol11.az

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right