Millimizin xorvatlarla oyuna hazırlıq planı açıqlandı

Futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 21-də Zaqreb şəhərində Xorvatiya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin hazırlıq planı müəyyənləşib.

Newsport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, millimiz martın 16-dan etibarən Bakıda təlim-məşq toplanışına başlayacaq. Komanda martın 19-dək Mərdəkan qəsəbəsində, “Dalğa Arena”nın ərazisindəki Milli Komandaların Məşq Mərkəzində qalacaq. Həmin gün nahardan sonra Zaqrebə yollanacaq millimiz Xorvatiya yığması ilə oyundan dərhal sonra Bakıya qayıdacaq və martın 25-də 8-ci km stadionunda Litva yığması ilə keçirəcəyi oyunun hazırlığına başlanacaq.

Millinin qeyd olunan toplanışlar və oyunlar üçün heyəti gələn həftə açıqlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right