Millinin baş məşqçisi Qurbanov və Bordinlə görüşüb

Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç klublarla işbirliyinə başlayıb. Newsport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, xorvatiyalı mütəxəssis iki klubun bazasında olub.

Belə ki, o, “Qarabağ” və "Neftçi”ni ziyarət edib. Yurçeviç hər iki komandadakı həmkarı - Qurban Qurbanov və Roberto Bordinlə görüşüb.

Görüş zamanı milli komandaya dəvət olunacaq və namizəd hesab edilən futbolçuların hazırlıq səviyyəsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right