"Qarabağ"ın hücumçusuna Yunanıstandan təklif

Azərbaycan milli komandasının və "Qarabağ"ın futbolçusu Mahir Mədətov Yunanıstanın AEK Klubunun maraq dairəsinə düşüb.

Newsport.az-ın yerli "Sport Time" nəşrinə istinadən verdiyi məlumata görə, "sarı-qaralar" 22 yaşlı hücumçu ilə qış transfer dövrünün sonlarında danışıqlar aparıblar.

Danışıqlar müsbət məcrada davam etsə də, Afina təmsilçisi məsələni yayadək təxirə salmağı qərara alıb. Lakin Mədətov yenə Yunanıstan çempionlarının diqqətindədir. AEK-in gənc forvardı yayda sıralarına qatacağı istisna olunmur.

Qeyd edək ki, Mahir Mədətov bu mövsüm ümumilikdə 34 oyunda 7 qol və 4 məhsuldar ötürmə müəllifi olub. O, Avropa Liqasının qrup mərhələsindəki bütün görüşlərdə meydana çıxıb. Mədətov Azərbaycan millisində isə 12 oyuna 2 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right