Əliyar Ağayev Yunanıstan çempionatında oyun idarə edəcək

FİFA referimiz Əliyar Ağayev Yunanıstan çempionatına təyinat alıb. Bu ölkənin mətbuatının yazdığına görə, Yunanıstan Super Liqasında XXIV turun oyunlarını idarə edəcək referilərin adları açıqlanıb və təyinat alanlar arasında Ağayev də var.

Newsport.az xəbər verir ki, o, mərkəzi oyun hesab edilən PAOK - "Atromitos" qarşılaşmasını idarə edəcək.

Azərbaycanlı referiyə Akif Əmirəli və Rza Məmmədov yan xətt hakimi qismində kömək edəcək. Salonikidə yerləşən "Tumba Stadium"dakı görüş martın 10-da baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right