"Bakıda olmaq istəyirik" Bundesliqa klubunun rəsmisi

"Avropa Liqası (AL) bizim üçün unikal turnirdi. Hər yeni oyundan sonra hədəf böyüyür". Newsport.az saytının məlumatına görə, bunu "Ayntraxt"ın idman direktoru Bruno Hübner deyib.

Frankfurt təmsilçisi Avropa Liqasının 1/8 final mərhələsində "İnter"lə qarşılaşacaq. Oyunöncəsi yerli mətbuata danışan Hübner milanlılarla görüşə yalnız qələbə əzmi ilə çıxacaqlarını bildirib.

Bundesliqa klubunun rəsmisi hətta daha da irəli gedərək, turnirin finalını hədəflədiklərini söyləyib: "Bizim Avropa turnemiz İtaliya səfəri ilə tamamlanmamalıdı. Hədəf Azərbaycana yollanmaqdı. Əbəttə, biz də digərləri kimi, Bakıda olmaq istəyirik. Bunu reallaşdırmaq dəlilik olardı. Düzdü, bu, hələ uzaq görünür. Avropa Liqası, onsuz da, bizim üçün uğurlu alınıb. Ancaq frankfurtlu azarkeşlər bununla kifayətlənmək istəmir. Bu bir nağıldı və yazmağa davam etmək istəyirik. Əvvəlki mərhələdə mübarizədən kənarlaşdırdığımız "Şaxtyor" (Donetsk) kimi, "İnter" də Çempionlar Liqasından gəlib. "İnter" İtaliya çempionu olmuş, Çempionlar Liqasını qazanmış komandadı. Bu, oyunun təzyiqini daha da artırır. Bütün komanda bu rəqiblə matçlara köklənib".

Qeyd edək ki, "Ayntraxt"la "İnter" arasındakı ilk oyun sabah Frankfurtda keçiriləcək. Avropa Liqasının final matçı isə mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right