Millimizə qol vuracağına söz verdi

"Milli komandaya çağırılmağım öz keyfiyyətlərimi göstərmək baxımından mənim üçün əlavə motivasiya oldu". Newsport.az xəbər verir ki, bunu Xorvatiya yığmasının hücumçusu Bruno Petkoviç deyib.
 
Müqavilə ilə "Bolonya"ya məxsus olan və icarə əsasında Zaqreb "Dinamo"sunun formasını geyinən oyunçu Avro-2020-nin seçmə mərhələsində Azərbaycan və Macarıstanla keçiriləcək oyunların ehtiyat heyətinə salınıb. Əsas hücumçu Ante Rebiçin zədələnməsi isə 25 yaşlı forvardın əsas millidə debüt etməsinə səbəb ola bilər. O, buna hazır olduğunu söyləyib: "Yığmaya çağırılmaq böyük fəxrdi. Təbii ki, heç kimin zədələnməsini arzulamaram. Rebiç də bizim üçün vacib oyunçudu. Ancaq baş məşqçi mənə güvənsə, Azərbaycan və Macarıstanla matçlarda qol problemi yaşamarıq. Ən azı bunun üçün əlimdən gələni edəcəyimə söz verə bilərəm".




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right