Xorvatiya yığması əsas hücumçusunu itirdi

AÇ-2020-nin seçmə mərhələsində ilk oyunda millimizi qəbul edəcək Xorvatiya yığması ciddi itkiylə üzləşib.

Newsport.az xəbər verir ki, "damalılar"ın hücumçusu Ante Rebiç sıradan çıxıb. 25 yaşlı futbolçu "Ayntraxt"ın heyətində Bundesliqanın 24-cü turunda "Hoffenhaym"a qarşı matçda zədələnib. Futbolçunun zəddəsinin ciddi olduğu üçün Belqrada müayinədən keçməyə gedib. Rebiç zədə səbəbindən Avropa Liqasında "İnter"lə görüşün iştirak ərizəsinə salınmayıb. Onun millimizlə oyuna hazır olub-olmayacağı məlum deyil.

Zlatko Daliç Rebiçin alternativi kimi Zaqreb "Dinamo"sunda oynayan Bruno Petkoviçi görür.

Qeyd edək ki, Xorvatiya - Azərbaycan oyunu martın 21-də baş tutacaq. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right