Maykl Esyen “Səbail”in düşərgəsində

UEFA Avropa Liqasının bu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final qarşılaşmasına hazırlıq kampaniyası çərçivəsində martın 3-də Bakıda təşkil olunmuş “Bakı 2019: Ulduzlar Finalı” adlı şou xarakterli oyunla əlaqədar ölkəmizə səfər edən ulduz futbolçulardan biri Maykl Esyen bu gün “Səbail”in qonağı olub.

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, M.Esyen “Bayıl Arena”da “Səbail” PFK-nın məşqçi və futbolçu heyəti ilə görüşüb, klubun Akademiyasının fəaliyyəti ilə tanış olub. “Səbail”in forması ulduz futbolçuya hədiyyə olunub.

Görüşün sonunda Maykl Esyen dəvətə görə təşəkkürünü bildirərək klubumuzun kollektivinə gələcək fəaliyyətində uğurlar arzulayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right