Əliyev sıraya döndü

Azərbaycan Premyer Liqasının 20-ci turunda “Neftçi” ilə qarşılaşacaq “Sumqayıt” hazırlıqlara start verib.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, “kimyaçılar” baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında Sumqayıt şəhər stadionunun ehtiyat meydançasında məşqə çıxıb.

Uzun müddətdir ki, zədəli olan müdafiəçi Şəhriyar Əliyev artıq komandaya qoşulub. Bundan başqa, “Sumqayıt-2”-nin üzvləri İbrahim Əliyev və Səbuhi Abdullazadə əsas heyətlə hazırlığa cəlb olunub.

“Sumqayıt” – “Neftçi” qarşılaşması martın 10-da, saat 16:30-da Sumqayıt şəhər stadionunda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right