Hakimi döydü, ağır cəza aldı

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Region Liqasında qeydə alınan qayda pozuntularına da hüquqi qiymət verilib.
 
Newsport.az AFFA-nın saytına istinadən xəbər verir ki, Region Liqasının son turunda keçirilən “Ağsu Siti” – “Gənclik” (Sabirabad) oyununda qonaqların futbolçusu Amid Zeynalov qarşılaşmanın 58-ci dəqiqəsində hakimi təhqir edib, qırmızı vərəqə ilə cəzalandıqdan sonra hakimə qarşı fiziki güc tətbiq etdiyinə görə 10 oyun cəzalanıb. 
 
Həmin komandanın oyunçusu Elmar İsgəndərov matçın 90-cı dəqiqəsində hakimi təhqir edib qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı zaman hakimə qarşı fiziki güc tətbiq etməyə cəhd etdiyi üçün 5 oyun cəzalandırılıb.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right