"Neftçi"yə 1000 manatlıq cərimə

Bu gün AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib. Newsport.az saytının məlumatına görə, qurum Azərbaycan Premyer Liqasının XIX turunun bir görüşündəki neqativ hallara hüquqi qiymət verib.

Belə ki, “Neftçi” – “Sabah” oyununda ev sahiblərinin 6 futbolçusu sarı vərəqə aldığı üçün klub 800 manat cərimə olunub.

84-cü dəqiqədə ikinci sarı vərəqə alaraq, meydandan qovulan “ağ-qaralar”ın müdafiəçisi Məhəmməd Mirzəbəyov isə qarşıdakı oyunu buraxacaq. O, eyni zamanda klubunu 200 manat ziyana salıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right