"Azərbaycanla görüşdə hücumameyilli oyunçulara ehtiyacımız olacaq" Daliç

"Heyətimizdə xeyli itkilər var. Əsasən də müdafiə xəttində. Dünya çempionatına nəzər salsaq, görərik ki, həmin heyətdə olan müdafiəçilərdən yalnzı Domaqoy Vida qarşıdakı oyuna hazırdır".

Newsport.az xəbər verir ki, bu sözləri Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç ölkəsinin televiziyasına müsahibəsində deyib.


AÇ-2020-nin seçmə mərhələsinin ilk oyununda yığmamızla qarşılaşacaq komandanın baş məşqçisi görüş haqqında danışıb. Komandamız üzərində qələbənin çox önəmli olduğunu bilidrən çalışdırıcı heyətdəki itkilərə də toxunub:

"Azərbaycanla görüşdə hücumameyilli oyunçulara ehtiyacımız olacaq. Çünki rəqib müdafiəyə daha çox diqqət ayrıracaq. Bütün variantları fikirləşirik. Azərbaycanı araşdırırıq və rəqibin zəif cəhətlərini öyrənməyə başlamışıq. İnanıram ki, oyunda düzgün olanı edəcəyik. Matça ciddi yanaşsaq, problemlə üzləşmərik.

Azərbaycan və Macarıstan üzərində qələbə çox önəmlidir. Hər ikisi mübariz komandadır və müdafiə olunmağı bacarır. Xüsusən də, macarlarla səfər matçının çətin olacağını düşünürəm. Biz hər şeyə hazırlıqlı olmalıyıq.  Azərbaycan üzərində qələbə həm uğurlu başlanğıc, həm də Budapeşt səfəri üçün yaxşı motivasiya olar.

Heyətimizə gəldikdə, zənnimcə, Lovren tam hazırdı və tezliklə klubu "Liverpul"un heyətində meydana çıxacaq. O, cəzalı olduğu üçün ilk oyunda iştirak edə bilməyəcək. Ancaq zədəsini sağaldıb. Təəssüf ki, Şime Vrsalko seçmə mərhələnin bütün oyunlarını buraxacaq. Lovre Kaliniçə gəldikdə isə, qapıçıları dəyişmək asan deyil. Kaliniç dünya çempionatında və Millətlər Liqasında uğurlu çıxış edib".

Daliç bir neçə il əvvəl milli karyerasını başa vuran Dario Srnanın müdafiəçi çatışmazlığı səbəbindən yığmaya qayıdıcağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib: "Srna ilə görüşüb, söhbət etdim. Ona komandanın keçmiş kapitanı və bir insan kimi böyük hörmətim var. Ancaq mən gənclərə şans verməyi daha üstün tutdum. Məqsəd Avropa çempionatı üçün futbolçular yetişdirməkdir. Bu barədə komandanın kapitanı Luka Modriç və digər futbolçularla söhbət etdim. Hər biri mənimlə eyni fikirdədi".

Qeyd edək ki Xorvatiya millisi martın 21-də millimizlə Zaqrebdə, 24-də isə Macarıstanla səfərdə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right