Qurbanov daha 8 pillə gerilədi

Dünyanın ən güclü 1000 məşqçisinin növbəti reytinq siyahısı açıqlanıb. Newsport.az xəbər verir ki, siyahıda Azərbaycanın yeganə təmsilçisi Qurban Qurbanov qəraraşıb.

“Qarabağ”ın baş məşqçisinin mövqeyində növbəti dəyişiklik olub. O, ötən həftə olduğu kimi, yenə geriləyib. Hesabındakı 1073 xal olduğu kimi qalsa da, Qurbanov 8 pillə geriləyərək, 515-ci yerə düşüb.

İlk "üçlük"də bu dəfə də dəyişiklik olmayıb. "River Pleyt"in çalışdırıcısı Marselo Qalyardo liderliyini davam etdirir. Aktivinə daha 376 xal əlavə edən Qalyardonu (14632) ikinci yerdə qərarlaşan "Barselona"nın çalışdırıcısı Ernesto Valverde izləyir. Valverde hazırda həmkarından cəmi 3 xal geri qalır - 14629. İlk "üçlüy"ü "Atletiko"nun baş məşqçisi Dieqo Simeone (12463) qapayır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right