"Azərbaycanla oyunda onlara çox iş düşəcək" - İvitsa Oliç

"Heyətlə bağlı problemlər bizi bəzi seçimlərə vadar etdi. Kifayət qədər zədəlimiz olsa da, Xorvatiya oyunçu sarıdan çətinlik yaşamamalıdı".

Newsport.az saytının məlumatına görə, bunu Xorvatiya millisinin məşqçisi İvitsa Oliç deyib.

Xorvatiya yığmasının heyətində 100-dən çox oyun keçirən sabiq hücumçu yerli mətbuata açqlamasında AVRO-2020-nin seçmə mərhələsi barədə fikirlərini bölüşüb. Baş məşqçi Zlatko Daliçin köməkçilərindən olan 40 yaşlı mütəxəssis Azərbaycan və Macarıstanla oyunlar öncəsi vəziyyətdən narazı deyil.

Oliç komandanın liderləri Luka Modriç və İvan Rakitiçin durumunun yığma üçün həlledici olduğunu düşünür: "Azərbaycan və Macarıstanla görüşlərdə hücumçularımızın üzərinə çox iş düşəcək. Çünki rəqiblərin bizə qarşı açıq futbol oynamayacaqları dəqiqdi. Bundesliqada çıxış edən Kramariç, Brekalo və Rebiçə ümidimiz böyükdü. Təbii ki, Perişiçin təcrübəsi də komandaya kömək edəcək. Ancaq fikrimcə, bizim üçün hər şeydən önəmlisi Modriçlə Rakitiçin formada olmasıdı. Onlar öz oyunlarını göstərdikləri zaman komandamızın hücumu daha güclü olur".

Qeyd edək ki, martın 21-də Zaqrebdə Azərbaycan millisini qəbul edəcək Xorvatiya bundan 3 gün sonra Budapeştdə Macarıstanın qonağı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right