“Leon” “Akademiya kuboku”nun qalibi olub FOTOLAR

AFFA-nın təşkilatçılığı ilə Bakıda müstəqil fəaliyyət göstərən futbol məktəbləri və akademiyaları arasında keçirilən “Akademiya kuboku” turnirinə yekun vurlub. 

Newsport.az-ın məlumatına görəVII turun oyunlarından sonra mükafatçılar müəyyənləşib. Turniri III pillədə başa vuran EFA (Bakı) komandası bürünc medallara sahib olub. “Ordu” komandası turniri II sırada başa vurub. Son turda vacib qələbə qazanan “Leon” komandası “Akademiya kuboku” turnirinin qalibi adını qazanıb. Son turun oyunlarından sonra mükafatlandırma mərasimi təşkil olunub. Turnirdə iştirak edən bütün komandaların üzvlərinə AFFA-nın diplomları təqdim edilib. Həmçinin turniri ilk 3 pillədə başa vuran komandalara müvafiq olaraq, bürünc, gümüş və qızıl medallar, diplomlar verilib. Mükafatları AFFA-nın texniki direktoru Bernhard Lippert, Bakıda səfərdə olan ulduz futbolçular Maykl Essienlə Andrey Arşavin təqdim ediblər. Turnirin ən yaxşı oyunçusu adına “Ordu” komandasının üzvü Rasim Cavadov, ən yaxşı qapıçısı adına “Gilavar” komandasının üzvü İlyas Babayev layiq görülüblər. “Leon” komandasının üzvü Raul Hüseynov isə 14 qolla turnirin ən məshuldar oyunçusu olub.

VII turun nəticələrini təqdim edirik:

4 mart

Ordu FK - Leon FK 1:2

Gilavar FK - EFA (Bakı) 2:4

Xəzər Buzovna - Stars United FK 1:4

Bombardirlər: Raul Hüseynov (Leon FK) – 14, Salman İsmayılov (Ordu FK) – 7, İbrahim Məhərrəmli (Leon FK) – 6, Sərxan Səfərli (Stars United FK) – 6, Cəlil Novruzov (EFA) – 5, Rasim Cavadov (Ordu FK) – 5 qol.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right