"Azərbaycan sürətlə böyüyən və inkişaf edən ölkədir"

"Azərbaycan sürətlə böyüyən və inkişaf edən ölkədir".

Newsport.az xəbər verir ki, bu sözləri "Napoli" baş məşqçisi Karlo Ançelotti Bakıda keçiriləcək Avropa Liqasının final oyunu barədə danışarkən deyib.

İtaliyalı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında özü Azərbaycana gəlməsə də, köməkçisinin ölkəmizdə olduğunu bildirib: "1995-ci ildə Polşanın "Vidzev" komandası ilə Çempionlar Liqasının oyununda üz-üzə gələcəkdik. Məşqçimizi göndərdik ki, gedib Bakıda potensial rəqibimizin oyununa baxsın".

Qeyd edək ki, sözügedən oyun 1997-ci ilin iyul ayında Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Bakıda "Neftçi" ilə "Vidzev" arasında keçirilib. "Ağ-qaralar" Bakıda 0:2, səfərdə isə 0:8 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right