Rusiya Premyer Liqasında 18-ci turun rəmzi komandası açıqlanıb.
Newsport.az qonşu ölkənin mətbuata istinadən xəbər verir ki, 11-likdə millimizin üzvü Ramil Şeydayev də yer alıb.
Moskva "Lokomotiv"i ilə səfər matçında (2:2) komandasını məğlubiyyətdən xilas edən hücumçu 52 faizlik uğurlu reytinqlə turun ən yaxşı iki hücumçusundan biri olub.
Rusiya mətbuatı turun rəmzi 11-liyi xəbərinə "Şeydayev və Corceviç "Zenit"dəki vaxtlarını xatırladır" başlığını verib.