Ramil Şeydayev "Krılya Sovetov"u məğlubiyyətdən xilas etdi

Rusiya Premyer Liqasında 18-ci turun oyunları keçirilir.

 

Newsport.az xəbər verir ki, millimizin üzvü Ramil Şeydayevin formasını geyindiyi "Krılya Sovetov" Moskvada "Lokomotiv"in qonağı olub və 2:2 hesablı heç-heçə edib.

 

Millimizin üzvü matça start heyətdə başlayıb və 69-cu dəqiqədə hesab 1:2 olarkən komandasının bərabərlik qoluna imza atıb. "Krılya Sovetov"in ilk qolunda məhsuldar ötürməni Aleksandr Səmədov edib. 

 

"Krılya Sovetov" Premyer Liqanın turnir cədvəlində 18 xalla 13-cü sırada qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right