“Yurçeviçlə görüşümüzdə qeyri-adi nəsə yoxdur” - Qurban Qurbanov

“Dünən keçirilən oyuna əslində, bu qədər adamın maraq göstərdiyinə təəccübləndim. Onlar arasında bir neçə “Liverpul” və “Çelsi” azarkeşini də gördüm və mənə xoş oldu. Həqiqətən də çox maraqlı qarşılaşma keçdi. Mən də bu kampaniyanın bir hissəsi olmaqdan məmnunluq hiss edirəm".

Newsport.az xəbər verir ki,  bu sözləri Avropa Liqasının final oyunu ilə əlaqədar "Bakı 2019: Ulduzlar finalı"nda iştirak edən ötən illərin məşhur qapıçısı Yeju Dudek AFFA-nın bugünkü Hesabat Konfransından sonra jurnalistlərə açıqlamasında deyib.

O, mayın 29-da Bakıda keçiriləcək Avroliqanın finalında “Çelsi”nin oynamaq şanslarının yüksək olduğunu deyib: "Düşünürəm ki, Avropa Liqasının final matçı hər bir ölkə üçün vacib hadisədi. Bu görüşün Azərbaycanda keçirilməsi ölkəniz üçün böyük bir naliyyətdir. “Çelsi”nin Premyer Liqada da şansları var. Mənə elə gəlir ki, çempionat hələ indicə başlayıb. Dünən “Liverpul” da xal itirdi. Yəni, yüksəlmək şansları çoxdu”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right