Qurban Qurbanov: "Yurçeviçə hər zaman dəstək verməyə hazıram"

Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib.

 

Newsport.az xəbər verir ki, iclasdan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərə açıqlama verib. Komitənin üzvü olan Qurbanov müzakirə edilən mövzulardan danışıb: "İclasda Tovuzda açılacaq akademiyadan və VAR sistemi barədə danışdıq. Bundan başqa, digər məsələlər barədə də fikir mübadiləsi oldu. İcraiyyə Komitəsindən çıxmamışam, burdayam".

 

Qurban Qurbanov millimizin baş məşqçisi Nikola Yurçeviçlə görüşündən danışıb: 

 

"Yurçeviçlə bəzi futbolçulardan danışdıq. O, bizim kluba baş çəkmək istədiyini dedi. Klubumuzun bazasına gələrək, futbolçularla görüşəcəyini söylədi. Əlbəttə, mən də heç bir problem olmadığını vurğuladım. Mənim tərəfimdən nə lazımdırsa, hər zaman dəstək verməyə hazıram. Normal fikir mübadiləsi apardıq, açıq söhbət etdik. Yurçeviç "Qarabağ"a simpatiyası olduğunu göstərdi. Görüşümüzdə qeyr-adi nəsə yoxdur. Milliyə, futbolumuza kömək etmək borcumuzdur".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right