Essyen Azərbaycana səfərini çox maraqlı saydı: "Bakıdakı finada "Çelsi"ni görmək istərdim"

"Bakı 2019: Ulduzlar finalı"nda iştirakım daha çox şou üçün nəzərdə tutulmuş, təbliğat xarakterli qarşılaşma olub və maraqlı alınıb. Çox maraqlı səfər oldu. Sevinirəm ki, belə bir tədbirə dəvət aldım və düzgün qərar verərək bura gəldim".

Newsport.az xəbər verir ki, bu fikirləri Bakıda səfərdə olan "Çelsi"nin sabiq futbolçusu Mikael Essyen jurnalistlərə açıqlamasında deyib.

Qanalı keçmiş yarımmüdafiəçi mayın 29-da Bakıda keçiriləcək final matçı ilə bağlı fikrini də bölüşüb: "Həlledici görüşdə "Çelsi"ni görmək istərdim. Çalışacağam ki, həlledici oyunda Bakıda olum".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right