Andrey Arşavin: “Arsenal” – “Zenit” finalı mənim üçün ideal olardı”

Bakının UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final matçına ev sahibliyi etməsi ilə əlaqədar ölkəmizə səfər edən Rusiya yığmasının sabiq futbolçusu Andrey Arşavin jurnalistlərə müsahibə verib.
 
Newsport.az
 xəbər verir ki, 37 yaşlı veteran hücumçu Avropa Liqasının finalında "Zenit"lə "Arsenal"ın üz-üzə gəlməsini arzu etdiyini deyib:
 
"Sözsüz ki, mən “Zenit”in finalda olmasını istəyirəm. Digər finalçının hansı komanda olması vacib deyil. Ancaq “Arsenal” – “Zenit” finalı mənim üçün ideal olardı. “Zenit”in hədəfləri böyüyür. Artıq onlar Çempionlar Liqasında oynamaq istəyirlər. Bu oyunlarda qalib gəlmələri mühümdür".
 
Arşavin Azərbaycanda futbolla bağlı tədbirlərin sayının çoxaldığını bildirib: "Azərbaycana daha öncə də gəlmişəm. Futbolla bağlı tədbirlərin sayı çoxdur. Dünənki tədbir əyləncəli idi. Uşaqların ulduz futbolçuları görməsi və oyunlarına baxması üçün şərait yaradılmışdı. Matçda akrobatik zərbə ilə qol vurmağa çalışdım, ancaq alınmadı. Daha çox əyləncə üçün idi".
 
Veteran futbolçu daha karyerası ərzində Azərbaycandan təklif almadığını bildirib: "Oxumuşam ki, məni kimlərsə Azərbaycana dəvət edib, lakin bunlar doğru məlumat deyil".




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right