AFFA-nın gəlir və xərcləri açıqlandı

AFFA-nın bu gün keçirilən Hesabat Konfransında qurumun Maliyyə və Mühasibat Departamentinin 2018-ci il üçün hesabatı təqdim olunub.

 

Newsport.az xəbər verir ki, 2018-ci ildə qurumun büdcəsinə 25 milyon 456 min 685 manat vəsait daxil olub.

 

Bu məbləğin 11 milyon 50 min 500 manatı AFFA-nın baş sponsoru olan SOCAR-ın hesabına düşür. Vəsaitin 3 milyon 54 min 145 manatı UEFA-dan, 4 milyon 173 min manatı milli komandanın yayım hüququndan, 3 milyon 404 min 162 manatı FİFA-dan, 2 milyon 909 min 172 manatı "AzərİdmanServis" şirkətindən, 172 min 726 manatı "Bakcell"dən, 118 min manatı "Paşa Sığorta"dan, 53 min 100 manatı "Boulevard Hotel"dən, digər 521 min 880 manat isə başqa mənbələrdən assosiasiyanın hesabına daxil olub.

 

AFFA ötən il ərzində 21 milyon 201 min 286 manat xərcləyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right