"Ədalətli qərar deyildi" Ramil Şeydayev

Azərbaycan millisinin üzvü Ramil Şeydayev formasını geyindiyi Rusiyanın “Krılya Sovetov” klubunun Moskva Lokomotivi ilə Premyer Liqanın XVIII tur matçından (2:2) sonra fikirlərini bildirib.

 

Newsport.az xəbər verir ki, komandasının bərabərlik qoluna imza atıb, xal qazanmalarında böyük pay sahibi olan gənc forvard “Matç” TV-yə açıqlamasında bunları deyib: “Final fiti səslənəndə rahatlaşdıq. 10 nəfərlə oynayırdıq, komanda matçın sonuna doğru yorulmuşdu. Bu, hiss edilirdi. Hesabı bərabərləşdirməyimiz yaxşıdı. Ancaq qalib gələ bilməməyimizə görə üzülürük”.

 

Şeydayev azlıqda oynamaları barədə bunları söyləyib: “Bir futbolçunun meydandan qovulması oyuna təsir edir. Mənə görə, ədalətli qərar deyildi. Ən vacibi odu ki, “döyüşdük” və hər şey yaxşı bitdi”.

 

Millimizin hücumçusu xarakter göstərdiklərini söyləyib: “Komanda xarakter göstərdi. Geridə olduğumuz matçdan heç-heçə ilə ayrıldıq. Növbəti oyuna daha yaxşı hazırlaşacağımızı və qələbə qazanacağımızı düşünürəm. Fasilədən sonrakı ilk oyun həmişə çətindi. Oyunumuzu artıracağıq”.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right