“Səbail”lə matçda bunu bacarmadıq” - Canluka Sansone

"Neftçi" Azərbaycan Premyer Liqasının 19-cu turunda "Sabah"a 3:0 hesbaı ilə qalib gəlib.

Newsport.az-ın məlumatına görə, oyundan sonra "ağ-qaralar"ın ilk qoluna imza atan Canluka Sansone jurnalistlərə müsahibə verib. İtaliyalı hücumçu öncə qələbəni şərh edib:

- Biz bu gün yaxşı oyun nümayiş etdirdik. İlk dəqiqələrdən qol axtarışında idik. Qolu da erkən vura bildik. Bundan sonra ikincini də vurduq və daha yaxşı oynamağa başladıq. Demək olar ki oyunun taleyini həll etdik.

- Premyer Liqada ilk qolunuza imza atdınız. Bu barədə fikirləriniz necədir?

- Təbii ki, qol vurmaq xoş və vacib amildir. Ancaq mən öncə şəxsi və komanda göstəricilərinə baxıram. Bu gün həm şəxsi, həm də komanda göstəriciləri yaxşı idi. Buna görə daha çox sevinirəm, nəinki qol vurmaq üçün.

 - “Səbail”ə məğlubiyyətdən sonra komandada nə dəyişdi ki, bir həftə ərzində belə dəyişiklik oldu?

- Mən bu fikirlə razı deyiləm. Deməzdim ki, bir həftə öncəki oyunla bu gün keçirdiyimiz matçda böyük fərq var. Sadəcə, qol imkanlarımızdan istifadə edə bildik. “Səbail”lə matçda isə bunu bacarmadıq. Bir məğlubiyyətin geriyə addım kimi qələmə verilməsinin tərəfdarı deyiləm. 

- Oyuna start heyətdə başlasanız da, sona qədər oynamırsınız. Fiziki cəhətdən çatdıra bilmirsiniz?

- Komanda 11 nəfərdən ibarət deyil. Heyətimiz genişdir. Hər bir oyunçuya şans verilməlidir və hamı buna layiqdir. Dəyişikliklər isə baş məşqçiyə aiddir. 

- Son 9 turda neçə qol vurmaq istəyirsiniz?

- Mən istəyirəm ki, biz qalib olaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right