"Qarabağ"ı düşünmürəm" - Roberto Bordin

“Oyuna yaxşı hazırlaşmışdıq. Futbolçularımız qələbənin əhəmiyyətini dərk edirdi. Bunu qazandığımız üçün xoşbəxtik”.

Newsport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Roberto Bordin deyib. 

“Ağ-qaralar” Azərbaycan Premyer Liqasının XIX turunda öz meydanında “Sabah”ı böyük hesabla məğlub edib. 

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən italiyalı çalışdırıcı fikirlərini bildirib: “Komandam yaxşı oyun nümayiş etdirdi. Qələbə qazanmağa layiq idik. Az şans qazanan futbolçuların durumundan razı qaldım”.

- Ruslan Abışov zədədən yeni qayıdıb. Onun son durumu necədir?

- Ruslanın ciddi zədədən qayıtdığını unutmayaq. Onun qayıdışına sevinirəm. İndiki vaxtda oynamaq üçün hazır deyil. Komanda ilə birgə məşq etmədiyi üçün kollektivdən geri qalır.

- Məhəmməd Mirzəbəyov oyunun sonlarına yaxın qırmızı vərəqə aldı. Həmin epizodla bağlı nə deyə bilərsiniz?

- Düşünürəm ki, həmin epizodda qayda pozuntusu yox idi. Azlıqda qaldıqdan sonra rəqib qapımız qarşısında təhlükəli vəziyyətlər yaratmağa başladı. Futbolçumu itirmək istəmirdim. Həmin epizoda təkrar baxacağıq.

- Qələbə qazansanız da, oyunçularınızın sarı vərəqələrinin sayı çox oldu.

- Sarı vərəqə hər iki komandaya göstərildi. Ona görə də bu barədə çox danışmaq lazım deyil.

- Çempionluq uğrunda əsas rəqibiniz olan “Qarabağ”la xal fərqiniz minimuma enib. Çətin olacağını düşünmürsünüz?

- Mən “Qarabağ”ı düşünmürəm. Xal itirsək, bizə baha başa gələr. Artıq növbəti oyun barədə düşünməliyik. Çempionatın davamında bizi nələrin gözlədiyini görəcəyik.

- Epizodların birində rəqibin hücumçusu Marko Deviçə irad bildirdiniz. Nə baş verirdi?

- Bizim aramızda böyük problem olmadı. Platellasın sarı vərəqə aldığı epizodu müzakirə edirdik. Mənim fikrimcə, Platellasın epizodu o qədər də təhlükəli deyildi. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right