"Hər bir xal bizim üçün qızıldır” - Aftandil Hacıyev

“İki fərqli hissə oldu. Oyuna itkilərlə başlamışdıq. Rahid Əmirquliyev  və Ruslan Qurbanov zədəli idi. Belə itkilərlə başlamaq çətindir. İlk dəqiqələrdə Vüqar Bəybalayevin zədə alması planlara təsir etdi. Ancaq pis oynamadıq. Sadəcə olaraq çətin oyun oldu. Rəqib bu oyuna dönüş oyunu kimi baxırdı. “Neftçi” görüşündən sonra bu oyuna hazırlaşmaq üçün çox əmək sərf etdik. İlk hissəni rəqib oynadı. İkinci hissə oyunu bərabərləşdirməyi bacardıq. Ancaq son nöqtəni qoymağa dəqiqlik çatmadı. Ədalətli nəticədir. Oyun olaraq biz xal itirmədik, 1 xal qazandıq. Hər bir xal bizim üçün qızıldır”.

Newsport.az-ın məlumatına görə, bu sözləri  “Səbail”in baş məşqçisi  Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 19-cu turunda  "Sumqayıt"la qolsuz bərabərə  qaldıqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, Ruslan Qurbanovu niyə start heyətdə buraxmadağına isə belə aydınlıq gətirib:  "Ruslan Qurbanovu risk etmədik. Zədədən sonra süni meydanda oynamaq çox çətin olur. Biz oyunçuları qorumalıyıq. Ruslan bizim önəmli oyunçumuzudr. Maksinmum 20-25 dəqiqə oynaya biləcəyini bildirmişdi. Biz də az da olsa, oynatdıq.

Gənc mütəxəssis Vüqar Bəyabalayevin durumunu da münasibət bildirib: "Ümumiyyətlə, həmin epizodda hakim niyə cərimə təyin etmədi, bilmirəm. Vüqarın durumu ürəkaçan deyil. Üzündə şiş var. Hazırda heçnə demək olmur. İrəliləyən günlərdə daha dəqiq nəsə deyə bilərik”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right