"Komandamın oyunundan razı qalmadım" - Elşad Əhmədov

“Neftçi” ardıcıl iki oyundu xal itirirdi. Aqressiv olacaqlarını bilirdik. Gözlədiyimiz oyunun şahidi olduq”.

Newsport.az-ın məlumatına görə, bu sözləri “Sabah”ın baş məşqçisi Elşad Əhmədov deyib.

Paytaxt təmsilçisi Azərbaycan Premyer Liqasının XIX turunda səfərdə “Neftçi”yə məğlub olub. 

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən gənc çalışdırıcı fikirlərini bildirib: “Neftçi” bizdən üstün oynayırdı. Komandamın ilk hissədəki oyunundan razı qalmadım. “Neftçi”ni qələbə münasibəti ilə təbrik edirəm”.

- Təmkin Xəlilzadəni erkən əvəzlədiniz. Bu, zəif oyuna görə idi?

- Təmkinin tempraturu var idi. Oyuna 38 dərəcə tempraturla çıxmışdı. Əvəz etməyim bununla bağlı idi.

- Cavid İmamverdiyevin ehtiyatda olmasına səbəb nə idi?

- Cavid zədədən əziyyət çəkirdi. İki gündü komanda ilə birgə məşq edirdi. Ona görə bu gün risk etmək istəmədik.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right